QR CodeQR Code

Ağ Ev: Moskvanı xəbərdar etmədən hücum edəcəyik

22 Jun 2021 01:01

İslamTimes: Vaşinqton kiberhücumlar barədə Moskvanı xəbərdar etmək niyyətində deyil.


Axar.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki deyib.

“Prezident açıq şəkildə bildirdi: Müşahidə etdiyimiz bu sahədə ağır nəticələrə gətirəcək addımlar atmaq hüququna sahibik”, - deyə Psaki bildirib.

Qeyd edək ki, ABŞ-Rusiya prezidentlərinin görüşü zamanı rus hakerlərin amerikan obyektlərinə kiberhücumu məsələsi müzakirə edilmişdi. Ağ Ev rəhbəri bildirmişdi ki, Moskva analoji addımlara davam edərsə, ağır şəkildə cavabını verəcək və Vaşinqton xəbərdarlıq etmədən ciddi addımlar atacaq.


Story Code: 939352

News Link :
https://www.islamtimes.org/az/news/939352/ağ-ev-moskvanı-xəbərdar-etmədən-hücum-edəcəyik

Islam Times
  https://www.islamtimes.org