QR CodeQR Code

İran dondurulmuş pullarının bir qismi ilə 16 milyon doza vaksin aldığını bildirib

22 Jun 2021 10:40

İslamTimes: İran İraq banklarında dondurulan pullarının bir qismi ilə 16 milyon doza koronavirus peyvəndi aldığını bildirib.


SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə İranın Enerji naziri Rza Ərdəkaniyan deyib.

İran-İraq İqtisadi Əməkdaşlıq Komitəsinə rəhbərlik edən Rza Ərdəkaniyan bildirib ki, aparılan intensiv danışıqlardan sonra dondurulmuş pulların bir qismi ilə 16 milyon doza vaksinin satın alındığını bildirib.

Əlavə edilib ki, bunun üçün İraqın Ticarət Bankındakı İran pullarından 115 milyon İsveçrə frankı ödənilib.

Qeyd edək ki, bu İranın satın aldığı ən böyük vaksin yüküdür.

Bildirək ki, İranın İraq banklarında dondurulan pulları milyardlarla dollardır və əsasən bu ölkənin İraqa elektrik enerjisi və qaz ixracının pullarıdır. ABŞ sanksiyalarından sonra İran beynəlxalq maliyyə sistemlərində istifadə edə bilmir.


Story Code: 939406

News Link :
https://www.islamtimes.org/az/news/939406/iran-dondurulmuş-pullarının-bir-qismi-ilə-16-milyon-doza-vaksin-aldığını-bildirib

Islam Times
  https://www.islamtimes.org