0
Tuesday 22 June 2021 - 11:30

Husilər üç gündə işğalçılara məxsus ikinci PUA-nı vurublar

Story Code : 939418
Husilər üç gündə işğalçılara məxsus ikinci PUA-nı vurublar
SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin mətbuat katibi briqada generalı Yəhya Səri tvitter səhifəsində açıqlama verib.

O bildirib ki, Yəmənin Mərib əyalətində Səudiyyə Ərəbistanı koalisiyasının bir ədəd ABŞ istehsalı olan “Scan Eagle” tipli kəşfiyyat PUA-sı havadan müdafiə ilə vurularaq düşürülüb.

Qeyd edək ki, son günlərdə Yəmənin Mərib əyaləti istiqamətində döyüşlər yenidən baş qaldırıb.

Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.