QR CodeQR Code

Husilər üç gündə işğalçılara məxsus ikinci PUA-nı vurublar

22 Jun 2021 11:30

İslamTimes: Husilər Yəmənin Mərib əyalətinin səmasında Səudiyyə Ərəbistanı koalisiyasına aid bir PUA-nı vurduqlarını bildiriblər.


SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin mətbuat katibi briqada generalı Yəhya Səri tvitter səhifəsində açıqlama verib.

O bildirib ki, Yəmənin Mərib əyalətində Səudiyyə Ərəbistanı koalisiyasının bir ədəd ABŞ istehsalı olan “Scan Eagle” tipli kəşfiyyat PUA-sı havadan müdafiə ilə vurularaq düşürülüb.

Qeyd edək ki, son günlərdə Yəmənin Mərib əyaləti istiqamətində döyüşlər yenidən baş qaldırıb.

Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.


Story Code: 939418

News Link :
https://www.islamtimes.org/az/news/939418/husilər-üç-gündə-işğalçılara-məxsus-ikinci-pua-nı-vurublar

Islam Times
  https://www.islamtimes.org