0
Tuesday 22 June 2021 - 20:14

Bayden İranla bağlı seçkiöncəsi vədlərinə əməl etmək niyyətində deyil

Story Code : 939487
Bayden İranla bağlı seçkiöncəsi vədlərinə əməl etmək niyyətində deyil
"Politico" saytı məlumatlı mənbələrə istinadən xəbər verib ki, ABŞ İranla imzalanmış nüvə anlaşmasına qayıtmaq üçün Donald Trampın İrana tətbiq etdiyi bütün sanksiyaları ləğv etmək niyyətində deyil.

Amerika KİV-i İrana tətbiq edilmiş sanksiyaların ləğvi ilə bağlı yazıb: "ABŞ rəsmiləri İrana bildirib ki, Co Bayden keçmiş prezidenti Donald Trampın İrana tətbiq etdiyi sanksiyaların hamısını ləğv etməyəcək. Çünki bu sanksiyaların bir çoxunun qanuni əsası var..."

ABŞ rəsmiləri, Tramp dövründəki bəzi sanksiyaların gələcək hökumətlərin nüvə anlaşmasına dönməsini çətinləşdirmək məqsədilə ilə hazırlandığını da qeyd edib.