0
Wednesday 23 June 2021 - 01:13

Amerika mətbuatın səsini belə boğur - PressTV və Al-Alam bloklandı

Story Code : 939541
Amerika mətbuatın səsini belə boğur - PressTV və Al-Alam bloklandı
ABŞ rəhbərliyi İranın “Press TV” və “Al Alam” televiziya kanallarının internet portallarını bloklayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu gündən etibarən sözügedən qurumların saytlarını ziyarət edərkən müvafiq bildiriş görünür.

“Domen Ticarət Nazirliyinin İxracata Nəzarət İdarəsinin sənaye və təhlükəsizlik məsələləri bürosu və Federal Təhqiqat Bürosunun (FTB) hüquq-mühafizə tədbirləri çərçivəsində ABŞ hökuməti tərəfindən müvafiq əmrə uyğun olaraq bloklanıb”, - deyə bildirişdə qeyd olunur.

Bənzər mesaj Yəmənin Müqavimət hərəkatı “Ənsarullah”a məxsus “Al Massira” telekanalının portalına da daxil olarkən görünür.

FTB və ABŞ Ticarət Nazirliyi TASS-ın Vaşinqtondakı müxbirinin baş verənlərlə bağlı sorğusuna hələlik cavab verməyib.

Həmçinin Dövlət Departamenti də İran televiziya kanallarının internet portallarının bloklanması barədə məlumatlara hələlik münasibət bildirməyib.
Source : وكالات