0
Wednesday 23 June 2021 - 09:49

KİV: Qaşıqçının qətlində iştirak edənlər ABŞ-da hərbi təlim keçiblər

Story Code : 939583
KİV: Qaşıqçının qətlində iştirak edənlər ABŞ-da hərbi təlim keçiblər
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Nəşrin mənbələrinə görə və jurnalistlərin əldə etdiyi sənədlərə əsasən, “The Washington Post” qəzetinin jurnalisti Camal Qaşıqçının 2018-ci ildəki qətlində iştirak edən dörd səudiyyəli Dövlət Departamenti tərəfindən təsdiqlənmiş müqavilə əsasında bir il əvvəl ABŞ-da döyüş təlimləri keçib”.

Nəşr yazır ki, təlim “Qaşıqçının qətlində məsuliyyət daşıyan gizli bölmənin vəliəhd Məhəmməd ibn Salman Əl-Səudun əmri ilə müxalifəti susdurmaq üçün səudiyyəlilərin qaçırılması, saxlanılması və işgəncə verilməsi kimi geniş bir kampaniyaya başladığı” bir vaxtda baş verib.

Təlim “müdafiə xarakterli” olub, o, “təhlükəsiz atış” və “hücum reaksiyası” kimi tapşırıqları əhatə edirdi.

Nəşrin məlumatına görə, təlimlərə Arkanzasda yerləşən “Tier 1 Group” şirkəti cavabdehlik daşıyıb.

Qəzetin bildirdiyinə görə, “təlimlərə icazəni təsdiqləyən ABŞ rəsmilərinin və ya “Tier 1 Group” şirkətinin rəhbərlərinin həmin səudiyyəlilərin repressiya əməllərində iştirak etmələrindən xəbərdar olub-olmamalarına dair krallıqda heç bir sübut yoxdur”. Bu təlimə başlamaq üçün lisenziya ABŞ-ın 44-cü prezidenti Barak Obamanın rəhbərliyi dövründə verilib. Hazırlıqlar azı 45-ci ABŞ prezidenti Donald Trampın rəhbərliyinin ilk ilində də davam etdirilib.

“Tier 1 Group”un nümayəndəsi açıqlayıb ki, Səudiyyə Ərəbistanı vətəndaşlarına keçirilən təlimin “onların sonrakı əməllərinə aidiyyəti yoxdur”.