0
Wednesday 23 June 2021 - 11:27

"The Verge": "Google" smartfonlara icazəsiz izləmə tətbiqi quraşdırır

Story Code : 939606
"The Verge": "Google" smartfonlara icazəsiz izləmə tətbiqi quraşdırır
"APA-Economics"in məlumatına görə, bu barədə informasiya texnologiyaları xəbərlərini işıqlandıran ABŞ-ın "The Verge" portalı yazır.

Qeyd olunur ki, şirkət bunu icazəsiz və bildirişsiz edir, tətbiqin özü isə tamamilə fərqli bir ad altında gizlənir, bu səbəbdən də onu tapıb, sistemdən silmək çətinləşir.

Sözügedən tətbiq smartfon sahiblərini, yanlarında yoluxmuş insan olduqlarına görə, onların da koronavirusa yoluxma ehtimalı barədə xəbərdar etmək üçün lazımdır. Məsələn, əgər "Android" cihazının sahibi yoluxmuşlar siyahısındadırsa, "MassNotify" ətrafdakı insanlara "Bluetooth" vasitəsilə bildiriş göndərəcək. Bildiriş funksiyası smartfon parametrlərindəki "Google" menyusundan istifadəçi tərəfindən əl ilə aktivləşdirildiyi təqdirdə işlək vəziyyətdə olacaq.

"MassNotify" tətbiqi ABŞ-ın Massaçusets ştatın sakinləri arasında bu ilin iyun ayının ortalarından yayılmağa başlayıb. "Google"un onu istifadəçilərin razılığı olmadan, gizli şəkildə quraşdırdığı bildirilir.