QR CodeQR Code

Pxenyan ABŞ ilə danışıqlara qarşı çıxdı

23 Jun 2021 11:41

İslamTimes: Pxenyan hökuməti ABŞ-ın danışıqlara dair gözləntilərini boş və səhv olaraq xarakterizə edib.


Deyerler.org xəbər verir ki, Şimali Koreya dövlət mediasının (KCNA) bildirdiyinə görə, Şimali Koreya liderinin bacısı Kim Yu-Çunq (bir çox analitik və mütəxəssis tərəfindən hökumətin ikinci ən güclü adamı olaraq qəbul edilir) bu gün (22 iyun) verdiyi açıqlamasında bunları deyib: “ABŞ-ın milli təhlükəsizlik müşaviri (Şimali Koreyanın) ABŞ-a qarşı tutumunun maraqlı bir siqnal olduğunu söylədiyi xəbərini eşitdim. Görünən budur ki, ABŞ vəziyyəti özü üçün ürəkaçan bir şəkildə şərh edib. Onların yanlışlıqla axtarmağı seçdikləri bu gözləntilər, daha böyük ümidsizlik uçurumuna qərq edir”.



Şimali Koreya liderinin bacısının açıqlaması, ABŞ-ın Pxenyandakı yeni səfiri Sunq Kimin dünən Pxenyanın nüvə silahsızlanması müzakirələrinin yenidən başlamasına müsbət cavab verəcəyinə ümid etdiyini söyləməsindən sonra gəlib.



Dünən Cənubi Koreyanın Birlik Nazirliyi də şimal qonşusu ilə ikitərəfli məsələlər və nüvə silahsızlanma mövzusunda danışıqların yenidən başlayacağına ümid etdiyini bildirib.



Deyerler.org


ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsinin ölkəni Vaşinqton və Seul ilə silahsızlandırma danışıqlarını davam etdirməyə inandıracağına ümid etdiklərini söylədikdən sonra, Pxenyan hökuməti ABŞ-ın danışıqlara dair gözləntilərini boş və səhv olaraq xarakterizə edib.

Deyerler.org xəbər verir ki, Şimali Koreya dövlət mediasının (KCNA) bildirdiyinə görə, Şimali Koreya liderinin bacısı Kim Yu-Çunq (bir çox analitik və mütəxəssis tərəfindən hökumətin ikinci ən güclü adamı olaraq qəbul edilir) bu gün (22 iyun) verdiyi açıqlamasında bunları deyib: “ABŞ-ın milli təhlükəsizlik müşaviri (Şimali Koreyanın) ABŞ-a qarşı tutumunun maraqlı bir siqnal olduğunu söylədiyi xəbərini eşitdim. Görünən budur ki, ABŞ vəziyyəti özü üçün ürəkaçan bir şəkildə şərh edib. Onların yanlışlıqla axtarmağı seçdikləri bu gözləntilər, daha böyük ümidsizlik uçurumuna qərq edir”.

Şimali Koreya liderinin bacısının açıqlaması, ABŞ-ın Pxenyandakı yeni səfiri Sunq Kimin dünən Pxenyanın nüvə silahsızlanması müzakirələrinin yenidən başlamasına müsbət cavab verəcəyinə ümid etdiyini söyləməsindən sonra gəlib.

Dünən Cənubi Koreyanın Birlik Nazirliyi də şimal qonşusu ilə ikitərəfli məsələlər və nüvə silahsızlanma mövzusunda danışıqların yenidən başlayacağına ümid etdiyini bildirib. /Deyerler/

 


Story Code: 939617

News Link :
https://www.islamtimes.org/az/news/939617/pxenyan-abş-ilə-danışıqlara-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org