0
Wednesday 23 June 2021 - 23:28

Çin: “Hazırkı anda dünyada xaosu yalnız bir dövlət yaradır”

Story Code : 939731
Çin: “Hazırkı anda dünyada xaosu yalnız bir dövlət yaradır”
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu ifadə Çin Xalq Respublikasının müdafiə naziri, general Vey Fenheyə məxsusdur.

“Bugünkü dünya nizamsız bir aləmdir. Bu situasiyaya səbəb soyuq savaş düşüncəsi ilə öz hegemoniyasını, unilateralizmi, intervensionalizmi (müdaxiləçilik-red.) hər şeydən öncə görən bir dövlətin yürütdüyü siyasətdir”,-deyə çinli nazir Beynəlxalq təhlükəsizlik üzrə Moskva konfransındakı çıxışında danışıb.

Ven Fenhe ad çəkmədən bütün əlamətləri ilə ABŞ-ı işarət edərək rəsmi Vaşinqtonun digər dövlətlərin işinə heç bir səbəb olmadan qarışdığını, öz iradəsini başqalarına zorla yeritdiyini, sanksiyalar tətbiq etdiyini, ictimai rəyi manipulyasiyaya aldığını, legitim hakimiyyətləri rəngli inqilablarla devirdiyini söyləyib.

“Biz birlikdə buna qarşı dayanmalı, BMT rəhbərliyində beynəlxalq sistemi qorumalı və həmin təşkilatın beynəlxalq işlərdəki mərkəzi rolunu gücləndirməliyik”,-deyə ÇXR rəsmisi Rusiyanı ABŞ-a qarşı birləşməyə çağırıb.