QR CodeQR Code

İdlibdəki qruplaşmalar yeni kimyəvi hücum səhnələşdirirlər – Rusiya

24 Jun 2021 09:56

İslamTimes: “Suriyanın İdlib əyalətində olan qruplaşmalar xüsusilə də “Heyət Təhrir-Şam” (sabiq Cəbhət ən-Nusra) üzvləri “Ağ Dəbilqəlilər”lə birgə yeni kimyəvi hücum səhnələşdirirlər.”


SalamNews xəbər verir ki bu barədə Rusiyanın Suriyadakı Sülh Mərkəzi bəyanat verib.

Bildirilib ki,  “İdlib əyalətində olan qruplaşmalar xüsusilə də “Heyət Təhrir-Şam” terorçuları “Ağ Dəbilqəlilər”lə birgə yeni kimyəvi hücum səhnələşdirirlər.”

Rusiyanın Suriyadakı Sülh Mərkəzi mənbələri bildiriblər ki, İdlibin Ətmə kəndi ərazisində qruplaşmalara kimyəvi maddələrlə dolu bir tanker maşını təhvil verilib.

Əlavə edilib ki, qruplaşmalar İdlibdə kimyəvi hücum həyata keçirməklə Suriya Ordusunu ittihamlandırmaq istəyirlər.

Qeyd edək ki, 2013-cü ildə ilk dəfə Dəməşqin ətrafındakı Şərqi-Quta bölgəsində “kimyəvi hücum” həyata keçirləndən sonra rəsmi Dəməşqə qarşı beynəlxalq təzyiqlər ciddi şəkildə atmağa başladı. Suriya 2015-ci ildə kimyəvi silah arsenalını beynəlxalq ictimaiyyətin nəzarətilə tamamilə aradan apardı.


Story Code: 939803

News Link :
https://www.islamtimes.org/az/news/939803/idlibdəki-qruplaşmalar-yeni-kimyəvi-hücum-səhnələşdirirlər-rusiya

Islam Times
  https://www.islamtimes.org