QR CodeQR Code

Ali Dini Lider: Milli Qüruru qorumaq üçün İran istehsalı vaksini gözlədim

إسلام تايمز , 25 Jun 2021 23:31

İslamTimes: İran İslam İnqilabının lideri Ayətullah Xamenei bu gün İranın daxili istehsalı olan "Kovİran Barakat" vaksinini qəbul etdikdən sonra çıxış edib


İran İslam İnqilabının rəhbəri, Ali Dini Lider Ayətullah Seyyid Əli Xamenei bu gün İranın daxili istehsalı olan "COVIran Barakat" vaksinini qəbul etdikdən sonra kameralar qarşısında çıxış edib. Ali Dini Lider bildirib ki, Covid-19 pandemiyasının tüğyan etdiyi bir dönəmdə, İran İslam Respublikasının milli qürurunu qorumaq məqsədi ilə xarici vaksinlərdən istifadə etməyib və yerli "COVIran Barakat" vaksininin hazırlanmasını gözləyib.

Ayətullah Xameneinin milli istehsala bu qədər əhəmiyyət verməsi, milyonlarla insana vurulmuş xarici vaksinlər əvəzinə, iranlı alimlərə güvənib milli istehsal olan vaksinə üstünlük verməsi İran xalqı tərəfindən də olduqca müsbət qarşılanıb.


Story Code: 940070

News Link :
https://www.islamtimes.org/az/news/940070/ali-dini-lider-milli-qüruru-qorumaq-üçün-iran-istehsalı-vaksini-gözlədim

Islam Times
  https://www.islamtimes.org