QR CodeQR Code

ABŞ İŞİD terrorçularını Suriyanın Əş-Şaddadi şəhərinə köçürdü

26 Jun 2021 01:57

İslamTimes: ABŞ son bir neçə gündə 80-dən çox İŞİD terrorçusunu bir həbsxanadan Suriyanın Əş-Şaddadi şəhərindəki bazasına köçürüb.


Deyerler.org xəbər verir ki, Suriyanın Vətən qəzeti işğalçı ABŞ qüvvələrinin Vaşinqtonun bölgədəki planlarını həyata keçirmək üçün terror qruplaşmalarından istifadə etməyə davam etdiyini yazıb.

Qəzetin yazdığına görə, ABŞ hərbçiləri iyunun 23-ü bəziləri səudiyyəli və iraqlı olmaqla 60 İŞİD terrorçusunu Əl-Hasəkənin girişindəki Sənəviyə Həbsxanasından cənub əyalətindəki Əş-Şaddadi bazasına köçürüblər.

Suriyalı mənbələrin bildirdiyinə görə, üç gün əvvəl ABŞ hərbçiləri eyni sayda terrorçunu Əş-Şaddadiyə köçürmüşdülər.

ABŞ bundan əvvəl Suriyanın hökumət qüvvələrinə qarşı döyüşmək üçün Ceyşul Əşair də daxil olmaqla Suriyadakı terror qruplarına qoşulmaq üçün Əl-Şaddadi bazasında terrorçular yetişdirmişdi.

 


Story Code: 940123

News Link :
https://www.islamtimes.org/az/news/940123/abş-işid-terrorçularını-suriyanın-əş-şaddadi-şəhərinə-köçürdü

Islam Times
  https://www.islamtimes.org