0
Saturday 26 June 2021 - 22:43

İraqın Haşd-Şabi qüvvələri baş nazirin iştirakı ilə ən böyük hərbi paradını keçirib

Story Code : 940257
İraqın Haşd-Şabi qüvvələri baş nazirin iştirakı ilə ən böyük hərbi paradını keçirib
SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, İraqın Silahlı Qüvvələrinin tərkib hissəsi olan, vaxtilə İŞİD-ə qarşı mübarizə məqsədilə yaradılan Haşd-Şabi qüvvələri bu gün baş nazir Mustafa əl-Kaziminin və digər ölkə rəsmilərinin iştirakı ilə ən böyük hərbi paradını keçirib.

Hərbi paradda Haşd-Şabi İran istehsalı olan bir sıra zirehli maşınlar, PUA-lar və digər silahları da nümayiş etdirib.

Hərbi paradın keçirildiyi məkan daha çox diqqət çəkib. Bu hərbi parad Diyala əyalətində İrana qarşı olan “Xalq Mücahidləri” qüvvələrinin vaxtilə yerləşdirildiyi “Əşrəf” hərbi qərargahında keçirilib.