QR CodeQR Code

İraqın Haşd-Şabi qüvvələri baş nazirin iştirakı ilə ən böyük hərbi paradını keçirib

26 Jun 2021 22:43

İslamTimes: İraqın Xalq Səfərbər Qüvvələri (Haşd-Şabi) təsis edildiyi gündən (iyun 2014) indiyə qədər ən böyük hərbi paradını keçirib.


SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, İraqın Silahlı Qüvvələrinin tərkib hissəsi olan, vaxtilə İŞİD-ə qarşı mübarizə məqsədilə yaradılan Haşd-Şabi qüvvələri bu gün baş nazir Mustafa əl-Kaziminin və digər ölkə rəsmilərinin iştirakı ilə ən böyük hərbi paradını keçirib.

Hərbi paradda Haşd-Şabi İran istehsalı olan bir sıra zirehli maşınlar, PUA-lar və digər silahları da nümayiş etdirib.

Hərbi paradın keçirildiyi məkan daha çox diqqət çəkib. Bu hərbi parad Diyala əyalətində İrana qarşı olan “Xalq Mücahidləri” qüvvələrinin vaxtilə yerləşdirildiyi “Əşrəf” hərbi qərargahında keçirilib.


Story Code: 940257

News Link :
https://www.islamtimes.org/az/news/940257/iraqın-haşd-şabi-qüvvələri-baş-nazirin-iştirakı-ilə-ən-böyük-hərbi-paradını-keçirib

Islam Times
  https://www.islamtimes.org