QR CodeQR Code

İranda koronaya qarşı daha bir peyvənd yaradıldı

27 Jun 2021 19:07

İslamTimes: İranda Bəqiətullah Tibb Elmləri Universiteti tərəfindən yaradılan koronavirusa qarşı "Nura" adlı yerli peyvənd təqdim olunub.


Axar.az xəbər verir ki, təqdimatda Səhiyyə naziri Səid Namaki və İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı general Hüseyn Səlami iştirak edib.

Bəqiətullah Xəstəxanası və İmam Hüseyn Universitetinin Araşdırma Mərkəzi mütəxəssisləri tərəfindən yaradılan "Nura" peyvəndinin kliniki sınaqları bu gün başlayıb.

Qeyd edək ki, ölkədə "Nura" peyvəndindən başqa "Kov Iran Barakat", "Fahra" və "Pasto Kovak" kimi yerli peyvəndlər də istehsal olunur.


Story Code: 940366

News Link :
https://www.islamtimes.org/az/news/940366/iranda-koronaya-qarşı-daha-bir-peyvənd-yaradıldı

Islam Times
  https://www.islamtimes.org