0
Monday 28 June 2021 - 21:00

İşğalçı ABŞ İraq xalqının müdafiə əzmini qıra bilməyəcək! - Hizbullah

Story Code : 940558
İşğalçı ABŞ İraq xalqının müdafiə əzmini qıra bilməyəcək! - Hizbullah
Livan Hizbullahı bugünki bəyanatında Həşd əl-Şəbi Müqavimət Hərəkatının İraq-Suriya sərhədi yaxınlığındakı mövqelərinin bombalanmasına münasibət bildirib. Hizbullah ABŞ-ın bu addımının İraqın suverenliyinin açıq şəkildə pozulması anlamına gəldiyini bildirib.

Al-Mənar saytının məlumatına görə, bəyanatda bildirilib ki, bir çox Müqavimət üzvünün ölümünə səbəb olan ABŞ işğalçılarının hücumu İraqın terror və təkfirçi qruplara qarşı müqavimətini zəiflətmək məqsədi daşıyır.

Livan Hizbullahı, ABŞ-ın təcavüzünü pisləyən İraq rəsmilərinin mövqeyini yüksək qiymətləndirib, şəhid ailələrinə başsağlığı verib. Hizbullah qeyd edib ki, işğalçı ABŞ qüvvələri tərəfindən İraq ordusuna qarşı həyata keçirilən hava hücumları İraq xalqının vətənlərini azad etmək və yolunda başlatdıqları müdafiə əzmini daha da artıracaq.