0
Tuesday 29 June 2021 - 00:04

ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub

Story Code : 940600
ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub
APA xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

“ABŞ bazası Deyr-əz-Zorun kənd sahəsindən, Əl-Ömər neft yataqları bölgəsindən reaktiv mərmilərlə atəşə tutulub”, - deyə məlumatda qeyd olunub.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının rəsmi nümayəndəsi polkovnik Ueyn Marotto da raket hücumunu təsdiqləyib və nəticədə itki olmadığını bildirib.