0
Tuesday 29 June 2021 - 09:56

İraq Milli Təhlükəsizlik Şurası: “ABŞ əsgərlərinin İraqdan çıxması son mərhələdədir”

Story Code : 940641
İraq Milli Təhlükəsizlik Şurası: “ABŞ əsgərlərinin İraqdan çıxması son mərhələdədir”
Deyerler.org Al-Sumaria News-a istinadən xəbər verir ki, bu gün (28 iyun) baş nazir Mustafa Əl-Kazıminin sədrlik etdiyi İraq Milli Təhlükəsizlik Şurası, ABŞ-ın bu səhər Əl-Həşduş Şəbinin mövqelərinə hücumunu müzakirə edib: “İraq Milli Təhlükəsizlik Şurası ABŞ-ın hava hücumlarını qınadı və bu cür hadisələrin təkrarlanmaması üçün bütün qanuni variantlardan istifadə edəcəyini və eyni zamanda İraqın hesablaşma yeri olmasına icazə verməyəcəyini bildirdi”.

Mustafa Əl-Kazıminin media ofisindən verilən açıqlamada isə belə deyilir: “Milli Təhlükəsizlik Şurası bugünkü iclasda ABŞ-ın hava hücumlarının açıq şəkildə İraqın suverenliyini pozması ilə yanaşı bütün beynəlxalq qanunları və sənədləri pozduğunu və İraq hökumətinin olay və səbəbləri ilə əlaqədar hərtərəfli bir araşdırma aparacağını bildirdi.

Bu ölkənin yeganə siyasəti İraqdakı və bölgədəki böhranları və qarşıdurmaları dialoq yolu ilə həll etməkdir və Bağdad hökuməti qüvvələrini İraqdan çıxarmaq üçün ABŞ ilə müntəzəm görüşlər keçirir və bu danışıqlar yaxşı irəliləyərək texniki və maddi-texniki məsələlər mərhələsinə gəldi, təfərrüatlar yaxınlarda açıqlanacaq”.