QR CodeQR Code

Peskov: Bu, xəstəliyə bənzəyir, effekti sonra bilinəcək

30 Jun 2021 08:45

İslamTimes: Rusiya və ABŞ prezidentlərinin görüşündən sonra iki ölkə arasında münasibətlərdə rahatlığı hiss etmək üçün müəyyən zaman lazımdır.


Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

“İki həftə ərzində münasibətlərdə nələrinsə dəyişməsi yəqin ki, mümkünsüzdür. Bu, nəzarətsiz buraxılmış xəstəliyə bənzəyir. Siz dərman qəbul edirsiniz, bir neçə gündən sonra effektini göstərir. Burada da elədir. Bir neçə ay gözləmək lazımdır. Sonra yalnız rahatlıq deyil, eyni zamanda konstruktiv ikitərəfli əlaqələrdə ciddi tendensiya hiss edilə bilər”, - deyə Peskov bildirib.


Story Code: 940799

News Link :
https://www.islamtimes.org/az/news/940799/peskov-bu-xəstəliyə-bənzəyir-effekti-sonra-bilinəcək

Islam Times
  https://www.islamtimes.org