0
Thursday 1 July 2021 - 01:40

İmran Xan: “Pakistan ABŞ ilə sülh naminə partnyor ola bilər, müharibə üçün əsla”

Story Code : 940942
İmran Xan: “Pakistan ABŞ ilə sülh naminə partnyor ola bilər, müharibə üçün əsla”
Deyerler.org xəbər verir ki, Pakistanın ABŞ-ın Əfqanıstana qarşı müharibəsində iştirak etməməli olduğunu vurğulayan İ.Xan, belə danışıb: “ABŞ-a baza təmin etməyim barədə soruşdular. ABŞ Əfqanıstanda məğlub oldu və məğlubiyyətində bizi günahlandırmağa çalışdılar”.

Pakistanın suverenliyi məsələsində güzəştə getməyəcəklərini vurğulayan İ.Xan, belə deyib: “Pakistan ABŞ ilə sülh naminə partnyor ola bilər, müharibə üçün əsla”.

İ.Xan 19 iyunda da ABŞ əsgərlərinin Əfqanıstandan çıxmasından sonra, Vaşinqton rəhbərliyinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bu ölkədəki əməliyyatları üçün baza verməyəcəyini söyləmişdi.