QR CodeQR Code

İmran Xan: “Pakistan ABŞ ilə sülh naminə partnyor ola bilər, müharibə üçün əsla”

1 Jul 2021 01:40

İslamTimes: Yerli KİV-lərin verdiyi məlumata görə, Pakistanın baş naziri İmran Xan parlamentdəki çıxışında pakistanlılar və əfqanıstanlıların qardaş olduqlarını və İslamabadın qərarlarına hörmət etdiyini bildirib.


Deyerler.org xəbər verir ki, Pakistanın ABŞ-ın Əfqanıstana qarşı müharibəsində iştirak etməməli olduğunu vurğulayan İ.Xan, belə danışıb: “ABŞ-a baza təmin etməyim barədə soruşdular. ABŞ Əfqanıstanda məğlub oldu və məğlubiyyətində bizi günahlandırmağa çalışdılar”.

Pakistanın suverenliyi məsələsində güzəştə getməyəcəklərini vurğulayan İ.Xan, belə deyib: “Pakistan ABŞ ilə sülh naminə partnyor ola bilər, müharibə üçün əsla”.

İ.Xan 19 iyunda da ABŞ əsgərlərinin Əfqanıstandan çıxmasından sonra, Vaşinqton rəhbərliyinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bu ölkədəki əməliyyatları üçün baza verməyəcəyini söyləmişdi.


Story Code: 940942

News Link :
https://www.islamtimes.org/az/news/940942/imran-xan-pakistan-abş-ilə-sülh-naminə-partnyor-ola-bilər-müharibə-üçün-əsla

Islam Times
  https://www.islamtimes.org