QR CodeQR Code

İran qüdrətini bir daha nümayiş etdirdi

24 Aug 2011 01:46

IslamTimes - Yeni silahların nümayişi mərasimində prezident Mahmud Əhmədinejad da iştirak edib


İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin alimləri tərəfindən hazırlanan yeni silahları nümayiş etdirib. Onların arasında 200 kilometr məsafəyədək hədəfləri vurmağa qadir «Kader» raketi, «Valfacr» torpeda sistemi və həm hərbi, həm də mülki gəmilər üçün nəzərdə tutulan «Bonian» mühərriki də var.

Aşağı yüksəklikdə uçmağa qadir «Kader» raketi dənizdəki hədəfləri, xüsusən də gəmiləri vurmaq üçün nəzərdə tutulub. Həm quru, həm də dəniz sistemləri bu raketlərlə təhciz oluna bilər. «Valfəcr» torpedası 220 kiloqram ağırlığında döyüş başlığı daşımağa qadirdir. Bununla sualtı gəmiləri məhv etməyin mümkün olduğu bildirilir.

İranlı ekspertlərin sözlərinə görə yeni silahlar ölkənin xüsusən də dənizdə müdafiə qabiliyyətini xeyli artırır. Prezident Mahmud Əhmədinejad çıxışında ölkənin müdafiə sənayesinin yeni nailiyyətlərindən danışıb.


Story Code: 94097

News Link :
https://www.islamtimes.org/az/news/94097/iran-qüdrətini-bir-daha-nümayiş-etdirdi

Islam Times
  https://www.islamtimes.org