QR CodeQR Code

ABŞ hərbçilərini Əfqanıstandan çıxarmağa tələsmir

Report , 3 Jul 2021 10:12

Islamtimes - “Mətbuatda yayılan xəbərlərə baxmayaraq, ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması yaxın bir neçə gündə yekunlaşmayacaq”.



“Report”un məlumatına görə, bunu Amerika lideri Cozef Bayden bəyan edib.
 
“Biz tam olaraq cədvələ uyğun hərəkət edirik, hazırda planlaşdırdığımız nöqtədəyik. Bütün hallarda ABŞ hərbçilərinin bir qismi bu ölkədə (Əfqanıstan - Red) qalacaq”- deyə Bayden qeyd edib.
 
Qeyd edək ki, ABŞ səfirliyini və Kabildəki beynəlxalq hava limanını qorumaq üçün mindən az amerikalı hərbçi Əfqanıstanda qalacaq.
 


Story Code: 941315

News Link :
https://www.islamtimes.org/az/news/941315/abş-hərbçilərini-əfqanıstandan-çıxarmağa-tələsmir

Islam Times
  https://www.islamtimes.org