0
Sunday 4 July 2021 - 00:41

Fələstinlilər Mahmud Abbasın istefasını tələb etdi

Story Code : 941464
Fələstinlilər Mahmud Abbasın istefasını tələb etdi
Fələstinlilər Ramallah şəhərində aksiya keçirərək, Fələstin Muxtariyyatının prezidenti Mahmud Abbasın tutduğu vəzifədən getməsini istəyiblər.

Yüzlərlə fələstinli, şənbə günü müxtəlif qurumlarının təşkil etdiyi böyük bir aksiyada iştirak ediblər. Fələstinlilər Nizar Banatın qətlində günahkar olan hər kəsin cəzalandırılmasını tələb ediblər.

Nizar Banat təxminən on gün öncə Fələstin Muxtariyyatının təhlükəsizlik idarəsi tərəfindən saxlanılmışdı.