0
Sunday 4 July 2021 - 11:39

Kalından Aİ-ə sərt sözlər - "Zəifdir, vədini yerinə yetirmir"

Story Code : 941505
Kalından Aİ-ə sərt sözlər - "Zəifdir, vədini yerinə yetirmir"
Teleqraf.com xəbər verir ki, bunu alman jurnalistlərə açıqlamasında Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Kalın Rəcəb Tayyib Ərdoğanın NATO Zirvəsi çərçivəsində apardığı danışıqları yüksək qiymətləndirdiyini bildirib.

O, Emmanuel Makron və Angela Merkel ilə ikitərəfli görüşlərə də diqqət çəkib.

İ.Kalın Aİ Sammitində Türkiyə ilə əlaqəli nəticələri tənqid edib və bu nəticələrin Ankaranın gözləntilərindən çox aşağı olduğunu qeyd edib.

Onun sözlərinə görə, strateji uzaqgörənliyə malik bir siyasətçi olan Merkel hakimiyyətlə vidalaşacaq: “Ancaq onu kimin əvəz edəcəyini bilmirəm. Türkiyənin İstanbul Konvensiyasından çıxması ilə bağlı tənqidləri isə rədd edirəm”.

Aİ-nin qarşıdakı üç ildə Türkiyənin suriyalı qaçqınlara dəstəyi üçün ildə yalnız bir milyard avro ödəmək istədiyini xəyal qırıqlığı kimi xarakterizə edən Kalın Suriyada Türkiyənin nəzarəti altındakı dəhlizdəki milyonlarla köçkündən əlavə ölkədə 3,7 milyon suriyalının yaşadığını bildirib.

Tələblərin təkcə büdcə və rəqəmlərlə deyil, həm də düzgün siyasi iştirakla əlaqəli olduğunu vurğulayan Türkiyə Prezidentinin sözçüsü Aİ-nin 2016-cı ildə ilk miqrasiya müqaviləsindəki vədlərini yerinə yetirmədiyini qeyd edib.