0
Monday 5 July 2021 - 15:40

Bayden pandemiyadan sonra ABŞ-ın bərpa olunduğunu iddia edib

Story Code : 941690
Bayden pandemiyadan sonra ABŞ-ın bərpa olunduğunu iddia edib
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Co Bayden bildirib.

Amerika liderinin sözlərinə görə, virus artıq ölkəni "iflic etmir" və hökumət ABŞ-ın COVID-19-a qalib gəldiyini elan etməyə "hər zamankindən daha yaxındır".

“Müəssisələr yenidən açılır və işçilər götürülür. İş yerlərində rekord işçi artımı və rekord iqtisadi böyümə görürük", Bayden bildirib.

ABŞ Prezidenti, ölkə vətəndaşlarını koronavirusu tez bir zamanda məğlub etmək üçün daha aktiv peyvəndlənməyə çağırıb. Onun sözlərinə görə, bu bunların ata biləcəkləri "ən vətənpərvər addımdır".