QR CodeQR Code

Üç ölkənin Əfqanıstanın Məzari-Şərifdəki konsulluğu işini dayandırdı

6 Jul 2021 10:38

İslamTimes: Əfqanıstanın Bəlx əyalətində vəziyyətin gərginləşməsi, Taliban terrorçularının ölkənin şimalına-Mərkəzi Asiya dövlətlərinin sərhədlərinə doğru irəliləyərək daha çox ərazi ələ keçirməsi ilə əlaqədar Türkiyə, İran və Pakistanın Məzari-Şərif şəhərindəki konsulluqları işini dayandırıb.


Publika.az xəbər verir ki, Tacikistan mətbuatı Əfqanıstanın “Khaama” nəşrinə istinadla xəbər verir ki, Məzari-Şərif şəhərindəki konsulluqlarda çalışan diplomatlar Kabilə köçürülüb.

Məlumatda bildirilir ki, Qazaxıstan, Tacikistan və Özbəkistanın Əfqanıstandakı diplomatik missiyaları Əfqanıstan vətəndaşları üçün viza verilməsini məhdudlaşdırıblar.

Xatırladırıq ki, Taliban terrorçuları Əfqanıstanın şimalında 100-dən artıq rayona nəzarəti ələ keçirib.

 


Story Code: 941858

News Link :
https://www.islamtimes.org/az/news/941858/üç-ölkənin-əfqanıstanın-məzari-şərifdəki-konsulluğu-işini-dayandırdı

Islam Times
  https://www.islamtimes.org