QR CodeQR Code

Azərbaycan İranla tranzit imkanlarının genişləndirilməsini müzakirə edib

6 Jul 2021 16:59

İslamTimes: Azərbaycan və İran gömrük qurumları sərhədkeçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının genişləndirilməsi istiqamətində mövcud əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.


Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qarşılıqlı əlaqələrin inkişafına dair müzakirələr onlayn formatda Komitəsinin sədri Səfər Mehdiyevlə İranın Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfi arasında aparılıb.

Görüşdə sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışılıb.

İran tərəfi tranzit yüklərin daşınması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi iki ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artmasına, regional inkişafa mühüm töhfə verə biləcəyini bildirib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparıb.


Story Code: 941920

News Link :
https://www.islamtimes.org/az/news/941920/azərbaycan-iranla-tranzit-imkanlarının-genişləndirilməsini-müzakirə-edib

Islam Times
  https://www.islamtimes.org