QR CodeQR Code

Yəməndə İngiltərə casusu olan 5 nəfər edama məhkum edildi

إسلام تايمز , 6 Jul 2021 22:21

İslamTimes: Səna Məhkəməsi İngiltərə Kəşfiyyatına casusluq edən, müxtəlif təxribatlar törətməkdə ittiham edilən 5 nəfər barədə hökm çıxarıb


Bu gün Səna Məhkəməsi İngiltərə Kəşfiyyatına casusluq edən, müxtəlif təxribatlar törətməkdə ittiham edilən 5 nəfər barədə hökm çıxarmaq üçün toplanıb.
"Səbə" informasiya agentliyinin verdiyi məlumata görə, Məhəmməd Müflihin hakim olduğu məhkəmə iclasında 5 nəfər xarici kəşfiyyat orqanına casusluq və təxribatçı fəaliyyətlər ittihamı ilə edam cəzasına məhkum ediliblər.
Bu 5 nəfər: 1-Ərafat Qasim Abdullah Əl-Haşidi. 2-Əli Məhəmməd Abdullah Əl-Cəmani. 3-Basem Əli Əli. 4-Səlim Abdullah Yəhya Hubeiş. 5-Əymən Mücahid Qayed Hureişdir.
Bu iclasda həmçinin Məhəmməd Şərəf Qayed Hureiş də 5 il həbs cəzasına məhkum edilib. O təhlükəsizliyi pozmayacağı, davranışlarına diqqət edəcəyi barədə məhkəməyə vəd verib.
İngiltərə kəşfiyyatı edama məhkum edilən bu şəxslərə rabitə vasitələri verərək, onlardan müxtəlif şəxs və qruplar haqda məlumat ötürmələrini istəyibmiş.


Story Code: 941970

News Link :
https://www.islamtimes.org/az/news/941970/yəməndə-ingiltərə-casusu-olan-5-nəfər-edama-məhkum-edildi

Islam Times
  https://www.islamtimes.org