0
Wednesday 7 July 2021 - 10:43

Cənubi Koreya yerli balistik raketini sınaqdan keçirdi

Story Code : 942044
Cənubi Koreya yerli balistik raketini sınaqdan keçirdi
Cənubi Koreya ilk dəfə olaraq yerli istehsalı olan balistik raketini sualtı platformadan sınaqdan keçirib.

Publika.az xəbər verir ki, bu barədə YTN yerli televiziya kanalı xəbər verib.

Məlumata əsasən, sınaqlar Koreya Hərbi Dəniz Qüvvələrinin Dosan An Chang-ho (KSS-III) sualtı qayığından balistik raketinin buraxılması üçün təlim proqramı çərçivəsində həyata keçirilib.

Sınaqlar haqqında geniş məlumat verilməyib.