QR CodeQR Code

Davudoğlu Liviyaya yollanıb

24 Aug 2011 17:12

IslamTimes - Liviyanın paytaxtı Tripoli müxalifət qüvvələrinin əlinə keçəndən sonra bu ölkəyə gələn ilk rəsmi nümayəndə Türkiyədən olub.


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Benqaziyə gələrək burada Liviyanın keçid hökümətinin rəhbəri Mustafa Abdulcəlilə görüşüb.

Görüşün gündəliyində iki ölkə arasında əlaqələr və sabah İstanbulda BMT-nin təşkilatçılığı ilə keçiriləcək “Liviya təmas qrupunun direktorlarının toplantısı” əsas müzakirə mövzusu olub. Türkiyənin Liviya milli keçid hökümətini dəstəklədiyini bildirən Əhməd Davudoğlu deyib ki, hazırda türk xalqının qəlbinin bir parçası Somali, digər bir yarısı isə Liviya üçün döyünür.

Davudoğlu, Türkiyənin Liviyaya mümkün olan köməkliyi göstərəcəyini dilə gətirib. /TRT/


Story Code: 94205

News Link :
https://www.islamtimes.org/az/news/94205/davudoğlu-liviyaya-yollanıb

Islam Times
  https://www.islamtimes.org