QR CodeQR Code

Rəsmi Moskvadan İngiltərə XİN başçısına sərt cavab!

إسلام تايمز , 7 Jul 2021 20:52

İslamTimes: Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Qara dənizin su sərhədlərini qorumaq üçün gərəkən bütün addımları atacağını bildirib.


Tass xəbər agentliyinin verdiyi məlumata görə, Dmitri Peskov İngiltərə Xarici İşlər Naziri Dominik Robun son açıqlamalarına münasibət bildirərək deyib: "Prezident Vladimer Putin və Rusiyanın digər yüksəksəviyyəli dövlət məmurları dəfələrlə Rusiyanın dəniz sərhədləri pozulacağı təqdirdə lazım olan bütün addımların atılacağı ilə bağlı xəbərdarlıq ediblər."

Kremlin sözçüsü əlavə edib: "Beləliklə, bu durumda bir daha Rusiya sərhədlərinin pozulacağı şəraitdə, sərt cavab veriləcəyini elan edir. Sərhədçilər təlimata uyğun olaraq cavab verəcəklər. Eyni zamanda diplomatik vasitələrdən də istifadə ediləcək. Bu qarşıdurmanın qarşısını almağın yeganə yolu NATO gəmilərinin bizim sərhədlərimizi pozmağı dayandırmasıdır!"


Story Code: 942156

News Link :
https://www.islamtimes.org/az/news/942156/rəsmi-moskvadan-ingiltərə-xin-başçısına-sərt-cavab

Islam Times
  https://www.islamtimes.org