0
Thursday 8 July 2021 - 10:17

Hücum olarsa, KTMT dərhal... - Lavrov

Story Code : 942242
Hücum olarsa, KTMT dərhal... - Lavrov
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Tacikistana bir hücum olarsa, əlbəttə ki, bu dərhal KTMT-də nəzərdən keçiriləcək. Moskva və Düşənbə Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzrə müttəfiqdir və Rusiya Federasiyasının Tacikistanda hərbi bazası var. Beləliklə, təbii ki, öhdəliklərimizi yerinə yetirəcəyik”, - deyə o, bildirib.

Qeyd edək ki, Tacikistan KTMT-dəki müttəfiqlərindən Əfqanıstanla sərhəddə yaranan problemlə bağlı kömək istəyib. Rəsmi Düşənbə hesab edir ki, şərtlər cənub sərhədlərini qoruma potensialının gücləndirilməsi üçün tədbirlərin görülməsi ilə yanaşı KTMT daxilində adekvat reaksiya tələb edir. /Report/