QR CodeQR Code

Hücum olarsa, KTMT dərhal... - Lavrov

8 Jul 2021 10:17

İslamTimes: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Əfqanıstan sərhədindən Tacikistana hücum ediləcəyi təqdirdə bu hadisəni təcili olaraq müzakirə edəcək.


Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Tacikistana bir hücum olarsa, əlbəttə ki, bu dərhal KTMT-də nəzərdən keçiriləcək. Moskva və Düşənbə Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzrə müttəfiqdir və Rusiya Federasiyasının Tacikistanda hərbi bazası var. Beləliklə, təbii ki, öhdəliklərimizi yerinə yetirəcəyik”, - deyə o, bildirib.

Qeyd edək ki, Tacikistan KTMT-dəki müttəfiqlərindən Əfqanıstanla sərhəddə yaranan problemlə bağlı kömək istəyib. Rəsmi Düşənbə hesab edir ki, şərtlər cənub sərhədlərini qoruma potensialının gücləndirilməsi üçün tədbirlərin görülməsi ilə yanaşı KTMT daxilində adekvat reaksiya tələb edir. /Report/


Story Code: 942242

News Link :
https://www.islamtimes.org/az/news/942242/hücum-olarsa-ktmt-dərhal-lavrov

Islam Times
  https://www.islamtimes.org