0
Saturday 10 July 2021 - 00:06

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub

Story Code : 942536
Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub
APA xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov əlavə edib ki, iki lider arasındakı telefon danışığı iyunun 16-da Cenevrədə keçirilən Rusiya-ABŞ zirvə görüşündən sonra ilk söhbətdir.

Ağ Evin Mətbuat xidmətinin məlumatında isə bildirilib ki, prezidentlər ABŞ-Rusiya zirvəsindən sonra Suriyaya humanitar yardımın BMT Təhlükəsizlik Şurasında bərpa edilməsi barədə yekdilliklə qərar qəbul edilməsini və hər iki ölkənin heyətlərinin birgə işlərini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, söhbət təxminən bir saat davam edib.

Xatırladaq ki, Putinlə Bayden daha əvvəl isə aprelin 13-də telefonla danışıblar.