QR CodeQR Code

Rusiya Talibanla masaya oturdu: Razılıq əldə olundu

10 Jul 2021 11:45

İslamTimes: Rusiya 2003-cü ildən terrorçu təşkilat kimi tanıdığı Taliban hərəkatı ilə masaya oturub.


Teleqraf.com xəbər verir ki, Rusiya lideri Vladimir Putinin Əfqanıstan üzrə təmsilçisi Zamir Kabulov Taliban hərəkatının nümayəndələri ilə danışıqlar aparıb.

Danışıqlar zamanı Taliban Orta Asiya respublikalarına hücum etməyəcəyinə dair söz verib.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, görüş Moskvada baş tutub. Burada Taliban nümayəndələri Rusiyaya Orta Asiya respublikalarının sərhədlərini keçməyəcəyini bildiriblər.

Taliban eyni zamanda Əfqanıstanda olan xarici ölkə diplomatik təmsilçiliklərini toxunulmaz saydıqlarını və onların təhlükəsizliyini təmin edəcəklərini ifadə edib.

Hazırda Taliban Rusiya, Pakistan, İran, Birləşmiş Ərəb Əmirliyi və Qətər kimi dövlətlərlə danışıqlar aparır.


Story Code: 942630

News Link :
https://www.islamtimes.org/az/news/942630/rusiya-talibanla-masaya-oturdu-razılıq-əldə-olundu

Islam Times
  https://www.islamtimes.org