0
Saturday 10 July 2021 - 23:34

Faleh əl-Fayyaz: Həşd əl-Şəbi İraqda təhlükəsizliyi bərqərar edən əsas qüvvədir!

Story Code : 942762
Faleh əl-Fayyaz: Həşd əl-Şəbi İraqda təhlükəsizliyi bərqərar edən əsas qüvvədir!
"Əl-Məlumə" xəbər saytı bu açıqlamaya istinadla yazıb ki, Mosulun İŞİD-in caynağından qurtulması son və tam qələbənin, İraq ərazilərinin bir təcavüzkardan azad edilməsinin başlanğıcı idi.

Faleh əl-Fəyyaz deyib: "Biz bildirmişik ki, Həşd əl-Şəbi İraqın təhlükəsizliyi və sabitliyini təmin edən əsas qüvvə olaraq qalacaq, orduya və digər təhlükəsizlik qüvvələrinə daim dəstək verəcək."

İraqın baş naziri Mustafa əl-Kazimi, Mosulun azad edilməsinin dördüncü ildönümü ilə əlaqədar açıqlama yayaraq keçmiş səhvləri təkrarlamamağın vacib olduğunu bildirib.