QR CodeQR Code

Blinkenin Cənubi Çin Dənizi ilə bağlı qərəzli açıqlamasına cavab geçikmədi

12 Jul 2021 21:50

İslamTimes: Çin ABŞ dövlət katibi Blinkenin Pekindən Cənubi Çin Dənizi ilə bağlı qərəzli açıqlamasına cavab verib


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Liçian ABŞ dövlət katibi Antoni Blinkenin Cənubi Çin Dənizi ilə bağlı açıqlamalarını tənqid edərək, bu davranışın qərəzli, təhrikedici olduğunu bildirib. Sözçü Blinkenin uyğun açıqlamasının Çinin Cənubi Çin Dənizi ilə bağlı hakimiyyət haqqının tapdanması anlamına gəldiyini söyləyib. O deyib:

"Bu gün Cənubi Çin Dənizində kim öz təhdidləri ilə digər ölkələrdə qorxu yaratmağa çalışır? Kim bu sularda azad şəkildə hərəkət edilməsinə mane olur? Hər şey göz qabağındadır!"

Qeyd edək ki, Blinken ötən gün Trampın Cənubi Çin Dənizi ilə bağlı qərarını dəstəklədiklərini və bu qərarın qüvvədə qalacağını bildirib.

Donald Tramp 2020-ci il 13 iyul tarixində Çinin Cənubi Çin Dənizi üzərindəki hakimiyyətini rədd edən bir qərar qəbul etmişdi.


Story Code: 943086

News Link :
https://www.islamtimes.org/az/news/943086/blinkenin-cənubi-çin-dənizi-ilə-bağlı-qərəzli-açıqlamasına-cavab-geçikmədi

Islam Times
  https://www.islamtimes.org