0
Monday 12 July 2021 - 22:48

Ali-Səud rejimi yəmənli uşaqların xərçəngə yoluxmasına səbəb olur

Story Code : 943102
Ali-Səud rejimi yəmənli uşaqların xərçəngə yoluxmasına səbəb olur
Bu yaxınlarda Yəmən Milli Qurtuluş Hökumətinin Səhiyyə Naziri Taha Əl-Mütəvəkkil, Birləşmiş Millətlər Təşkilatının Yəməni ən sadə tibbi ləvazimatlarla təchiz etməkdə belə acizdir. Səudiyyə koalisiyasının işğalından sonra Yəməndəki xərçəng xəstələrinin müalicə olunduğu mərkəzlərdə xəstələrin sayında artım müşahidə olunur.

Əl-Mütəvəkkil bunu Səudiyyə koalisiyasının qadağan olunmuş silahlardan istifadə etməsi ilə əlaqələndirib.
O deyib: "Qan xərçənginə yoluxmuş xəstələrin müalicə olunduğu mərkəzlərə Yəmənin müxtəlif vilayətlərindən ildə 7000 nəfər müraciət edir. Onların yarısı dərman və xüsusi avadanlıq çatışmazlığı səbəbindən ölür..."

Qeyd edək ki, Səudiyyə Ərəbistanının koalisiya qüvvələrinin bombaladığı məntəqələrdə sakinlərdə müxtəlif ağır xəstəliklərə yoluxma faktı müşahidə edilir.