0
Tuesday 13 July 2021 - 08:51

"Boeing 787 Dreamliner" təyyarələrində problemlər aşkarlanıb

Story Code : 943160
"Boeing 787 Dreamliner" təyyarələrində problemlər aşkarlanıb
ABŞ-ın Federal Aviasiya İdarəsi (FAA) istifadəyə verilməmiş bir sıra "Boeing 787 Dreamliner" təyyarəsində problemlər aşkarlayıb. İstehsalçı şirkət təyyarələri təhvil verməmiş onları aradan qaldırılacağını açıqlayıb.

"APA-Economics" "Reuters"ə istinadən xəbər verir ki, FAA-nın apardığı müntəzəm yoxlamalar zamanı bəzi "Boeing 787 Dreamliner" təyyarələrinin "burun" hissəsində qüsurların olduğu aşkarlanıb.

Əldə olunan məlumatlara əsasən, FAA kommersiya istifadəsində olan "Boeing 787" modellərinin modifikasiyasının dəyişdirib-dəyişdirilməyəcəyi müəyyənləşdirəcək.