QR CodeQR Code

ABŞ hərbçiləri Yaxın Şərqdə təbii sərvətləri talan etməyə davam edir

Deyerler , 13 Jul 2021 11:38

İslamtimes - ABŞ-ın işğalçı qüvvələri Suriya ərazilərinin bir hissəsini ələ keçirdikdən sonra bölgənin buğda və neftini qarət etməklə məşğuldur. Məlumat mənbələri bazar günü (11 iyul) axşam ABŞ-ın işğalçı qüvvələrin Əl-Vəlid nəzarət məntəqəsi vasitəsilə şəkərlə dolu 24 qapalı yük maşınını İraqın şimal istiqamətində apardığını bildirib.


"Deyerler.org"un Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, ABŞ-ın işğalçı qüvvələri 44 şəkərlə dolu maşını 4 gün əvvəl Suriyadan çıxarıb. ABŞ əsgərləri son aylarda Suriya sərhədində, ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri kimi tanınan kürd qrupları ilə koordinasiya edərək, Suriyanın qida ehtiyatlarını talan etməyə davam edir. Dəməşq hökumətinin xalqın qida ehtiyaclarını ödəmək üçün göstərdiyi səylərə və bu çatışmazlıqlar haqqında beynəlxalq təşkilatların bəyanatlarına baxmayaraq, Suriya xalqının asılılığını uzadaraq, əzablarını artırmaq üçün terrorçular və onları dəstəkləyən ABŞ kimi ölkələr dəfələrlə xəbərdar edilib.
 


Story Code: 943181

News Link :
https://www.islamtimes.org/az/news/943181/abş-hərbçiləri-yaxın-şərqdə-təbii-sərvətləri-talan-etməyə-davam-edir

Islam Times
  https://www.islamtimes.org