QR CodeQR Code

Yəmən BMT-ni yanacaq gəmilərini sərbəst buraxmağa çağırır

Deyerler , 13 Jul 2021 11:43

İslamtimes - Yəmən Ali Siyasi Şurasının rəhbəri BMT-dən təcavüzkar ölkələri yanacaq daşıyan gəmilərə tətbiq olunan embarqonu ləğv etməyi məcbur etməyə çağırır. Bildirildiyi kimi, Mehdi Əl-Məşat Əl-Hudeydə zavoduna aid neft tankerlərinin ABŞ tərəfindən davamlı olaraq ələ keçirilməsinin, vilayət sakinlərinin əzablarını artıracağını və Səudiyə rejiminin koalisiyasının insan dəyərlərinə, adətlərinə və beynəlxalq qanunlara hörmətsizlik etdiyini göstərdiyni söyləyib.


"Deyerler.org"un Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, Əl-Məşat BMT-ni məsuliyyəti öz üzərinə götürməyə çağırıb və ABŞ-ın rəhbərlik etdiyi təcavüzkarları neft daşıyan gəmilərə tətbiq olunan embarqonu ləğv etməyi tələb edib. Təcavüzkar Səudiyə rejiminin koalisiyası həmişə Yəmənə yanacaq, ərzaq və tibbi avadanlıq daşıyan gəmiləri ələ keçirib. Yəmənin Milli Qurtuluş Hökumətinin səlahiyyətliləri dəfələrlə yanacaqla dolu gəmilərin Əl-Hudeydə limanına girməsinə icazəli olduğuna baxmayaraq onların limana girişinin qarşısının alınmasının genosid olduğunu bildirib.


Story Code: 943182

News Link :
https://www.islamtimes.org/az/news/943182/yəmən-bmt-ni-yanacaq-gəmilərini-sərbəst-buraxmağa-çağırır

Islam Times
  https://www.islamtimes.org