0
Tuesday 13 July 2021 - 21:37

Fransa və Almaniya ABŞ-ın təşkil etdiyi mərasimi boykot etdi

Story Code : 943282
Fransa və Almaniya ABŞ-ın təşkil etdiyi mərasimi boykot etdi
ABŞ-ın işğal olunmuş Qüdsdəki səfirliyi bu ölkənin Müstəqillik Günü münasibəti ilə bir mərasim təşkil edib. Mərasimə müxtəlif ölkələrin rəsmiləri dəvət olunub.

Jerusalem Post qəzetinin yazdığına görə, Almaniya və Fransanın işğal olunmuş Fələstindəki səfirləri mərasimə dəvət olunmalarına baxmayaraq bu tədbirdə iştirak etməkdən imtina ediblər.

Məlumata görə, Almaniya və Fransa kimi mühüm Avropa ölkələrinin diplomatlarının mərasimə qatılmamasının səbəbi ABŞ səfirliyinin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsidir. Berlin və Paris Vaşinqtondan fərqli olaraq Qüds şəhərini Sionist rejimin paytaxtı kimi qəbul etmirlər.