0
Wednesday 14 July 2021 - 09:19

ABŞ “Şimal Axını 2” qaz kəmərini Avropanın enerji təhlükəsizliyi üçün təhdid adlandırır

Story Code : 943335
ABŞ “Şimal Axını 2” qaz kəmərini Avropanın enerji təhlükəsizliyi üçün təhdid adlandırır
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ukraynada səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent “Ukrayna 24” telekanalına müsahibədə deyib.
O, sözügedən boru xəttini “pis iş” kimi xarakterizə edərək bunu Ukrayna və Avropanın enerji təhlükəsizliyi üçün əlverişsiz adlandırıb.

Corc Kent əlavə edib ki, Almaniya Avropanın liderləri olduqlarını söyləyir: “Biz deyirik: Avropanın lideri olaraq, Rusiyanın qaz kəmərini Ukraynaya və Şərqi Avropaya qarşı silah kimi istifadə etməməsi üçün nə edəcəksiniz? Bu, bizim prinsipial mövqeyimizdir. Bir həftədən sonra kansler Angela Merkel Vaşinqtonda olacaq. Gəlin görək bir həftə içində nə olacaq”.
Qeyd edək ki, “Şimal Axını 2” Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya qədər ümumi gücü 55 milyard kubmetr qaz olan iki boru kəmərinin çəkilməsini əhatə edir. ABŞ, Avropa Birliyi, eləcə də Ukrayna və bir sıra Avropa ölkələri bu layihəyə fəal şəkildə qarşı çıxırlar.