0
Wednesday 14 July 2021 - 08:31

Dünya Əfqanıstanda çəkilən bu görüntülərdən danışır: 22 əsgər 45 saniyədə edam olundu

Story Code : 943337
Dünya Əfqanıstanda çəkilən bu görüntülərdən danışır: 22 əsgər 45 saniyədə edam olundu
Teleqraf.com xəbər verir ki, CNN telekanalı tərəfindən əldə edilən görüntülərdə onlarla əsgərin edam səhnəsi öz əksini tapır.

Dəhşətli görüntülərdə “Təslim olun, qorxmayın, təslim olun” səsləri gəlir, sonra binadan silahsız olduğu bəlli olan şəxslər çıxır. Daha sonra silah səsləri eşidilir və bir neçə əsgərin vurularaq öldürüldüyü görünür.

Qurbanlar Əfqanıstan Xüsusi Qüvvələrinin əsgərləri, cəlladlar isə Taliban hərəkatının silahlıları olub. Hadisə bir neçə gün əvvəl Əfqanıstanın Türkmənistanla sərhəd Fəryab vilayətinin Davlat Abad qəsəbəsində yaşanıb.

Hadisə şahidləri qeyd ediblər ki, xüsusi qüvvələrdə xidmət edən əsgərlərin cəsədləri sonra əraziyə atılıb. Bildirilib ki, qəsəbəni ələ keçirmək üçün şiddətli müharibə baş verib, lakin Kabilə bağlı hərbçilərin ərzaq və sursat ehtiyatı tükəndiyi üçün Taliban ərazini ələ keçirməyi bacarıb.

45 saniyəlik videoda puştun dilində danışan bir şəxsin “Onları vurmayın, yalvarıram, onları vurmayın” dediyi eşidilir.

Başqa bir şəxsin isə Taliban döyüşçülərinə “siz puştunsuz, əfqanları necə öldürə bilərsiniz” dediyi eşidilir.