QR CodeQR Code

Yəmən “Ən-Nasr Əl-Mubin” əməliyyatı barədə açıqlama verdi

Deyerler , 14 Jul 2021 17:02

İslamtimes - Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Əl-Beyda vilayətində keçirilən “Ən-Nasr Əl-Mubin” adlı əməliyyatda geniş ərazilərin azad edildiyini və yüzlərlə təkfirçi terrorçunun öldürüldüyü və ya yaralandığını bildirib.



Deyerler.org xəbər verir ki, general-mayor Yəhya Sərii, bu gün (13 iyul) Yəmən Silahlı Qüvvələrinin Əl-Beydə (mərkəzi Yəmən) əməliyyatı ilə əlaqədar mətbuata verdiyi açıqlamasında bunları deyib: “İŞİD və Əl-Qaidənin muzdlu və cinayətkar ünsürlərinin və təcavüzkar ölkələrin dəstəyi ilə həyata keçirdiyi vəhşicəsinə hücuma cavab olaraq, silahlı qüvvələrimiz “Ən-Nəsr əl-Mubin” əməliyyatını həyata keçirdi və bu əməliyyatda düşmənin işğal etdiyi bütün ərazilər geri alındı, Əl-Zahir və Əl-Suma şəhərlərinin geniş əraziləri azad edildi.
 
Əməliyyatda çoxlu sayda silah və sursat ələ keçirildi, İŞİD və Əl-Qaidənin yüzlərlə təkfirçi terrorçusu öldürüldü və ya yaralandı. Ordu və inqilabi xalq komitələri “Ən-Nəsr əl-Mubin” əməliyyatını sadəcə 72 saata həyata keçirdilər.
 
Yəmən Silahlı Qüvvələri ABŞ-ın əmrlərini həyata keçirən təkfirçi qruplarla onlarla hava hücumu ilə onları dəstəkləyən təcavüzkar koalisiyanın, ABŞ və təcavüzkar koalisiya arasındakı əlaqəsini vurğulamaq üçün bu böyük müvəffəqiyyəti elan etdi.
 
Silahlı qüvvələr Əl-Beyda xaqının və qürurlu qəbilələrin oğullarının böyük rolunu qiymətləndirirlər.
 
Hərbi əməliyyatların təcavüzün dayandırılmasına, mühasirənin qaldırılmasına və Respublikanın bütün ərazilərinin azad edilməsinə qədər davam etməsini təsdiqləyirik.
 
Əməliyyatın təfərrüatları yayımlanacaq və səhnələri yaxın günlərdə inşallah yayımlanacaq.
 
Yaşasın azad, əziz, müstəqil Yəmən!”
 


Story Code: 943392

News Link :
https://www.islamtimes.org/az/news/943392/yəmən-ən-nasr-əl-mubin-əməliyyatı-barədə-açıqlama-verdi

Islam Times
  https://www.islamtimes.org