0
Wednesday 14 July 2021 - 23:50

Mahmud Abbas Sionist rejim başçısı ilə danışıb

Story Code : 943470
Mahmud Abbas Sionist rejim başçısı ilə danışıb
Sionist mənbələr Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın işğalçı İsrail prezidenti İsak Herzoqla əlaqə saxladığını bildirib.

Sionist rejimin Kanal 13 şəbəkəsinin məlumatına görə, Mahmud Abbas telefon bağlantısı zamanı Herzoqa onu işalı İsrail rejiminin prezidenti seçildiyi münasibətilə təbrik edib və bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ilə münasibətlərin bərpasını nəzərdən keçirmək istəyir.

İddiaya görə işğalçı İsrail lideri ilə Fələstin Muxtariyyəti rəhbəri arasında Ramallahda yaxın günlərdə görüş keçirilə bilər.

Qeyd edək ki, Herzoq da bu telefon bağlantısı haqda sosial şəbəkə hesabında yazaraq, münasibətlərin normallaşdırılması üçün danışıqlar keçirilməsini istədiyini bildirib.