QR CodeQR Code

Makron Ermənistana səfər edəcək

15 Jul 2021 07:01

İslamTimes: Fransa Prezidenti Emmanuel Makron yaxın günlərdə Ermənistana səfər edəcək.


Axar.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Fransanın İrəvandakı səfiri Conatan Lakottla görüşdə bildirib.

Paşinyan deyib ki, bu səfər Ermənistan-Fransa əlaqələrinin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək.

Fransalı diplomat Makronun Ermənistana səfərinin təşkili üçün fəal iş aparıldığını və bunun əməkdaşlığın inkişafında vacib bir təkan olacağını vurğulayıb. Onun sözlərinə görə, Fransa Ermənistanla enerji, yüksək texnologiyalar, sənaye, təhsil kimi sahələrdə əməkdaşlıqda maraqlıdır.


Story Code: 943494

News Link :
https://www.islamtimes.org/az/news/943494/makron-ermənistana-səfər-edəcək

Islam Times
  https://www.islamtimes.org