0
Thursday 15 July 2021 - 06:37

Əfqanıstan ordusu 200-ə yaxın "Taliban" terrorçusunu MƏHV ETDİ

Story Code : 943496
Əfqanıstan ordusu 200-ə yaxın "Taliban" terrorçusunu MƏHV ETDİ
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Taliban" hərəkatının 191 terrorçusu məhv edilib, 154 nəfər yaralanıb", - deyə respublikanın Müdafiə Nazirliyinin "Twitter" səhifəsində yerləşdirilən məlumatda qeyd olunur.

Məlumata görə, bundan əlavə 14 ədəd kustar üsulla hazırlanmış partladıcı qurğu da zərərsizləşdirilib.

Hərbi əməliyyatlar ölkənin Paktiya, Gilmənd, Qanzi, Xost, Qəndəhar, Nimruz və Takar əyalətlərində keçirilib.

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir.

Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artır. 2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.